Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2021 21:00
Koronavirusa gündəlik yoluxma sayının artması cəmiyyətdə narahatlığa səbəb olub. Maraqlıdır, hazırkı vəziyyət karantinin tətbiq edilməsini nə dərəcədə labüd edir və belə bir qərarın qəbul edilməsi hansı problemlərə yol aça bilər?
Sonxeber.net xəbər verir ki, bununla bağlı "ARB Xəbər"ə açıqlama verən infeksionist Vüqar Cavadzadə bildirib ki, gündəlik yoluxma sayı epidemik alovlaşmanın göstəricisidir:
"Koronavirusa gündəlik yoluxma sayının 2000 nəfər civarında olması epidemik alovlaşma deməkdir. Bu, rəqəmlərin daha yüksək səviyyəyə qalxacağından xəbər verir. Hazırkı vəziyyət əvvəlkindən tamamilə fərqlənir. Yəni virusa yoluxan cavanlar və uşaqlar arasında əvvəllər ağır hallar müşahidə olmurdu, amma indi bunun əksini görürük".
Məsələyə münasibət bildirən iqtisadçı Xalid Kərimli isə bildirib ki, pandemiya səbəbindən tətbiq edilən karantinin yaratdığı problemlər artıq hiss edilməyə başlanılıb:
"Pandemiya səbəbindən tətbiq edilən karantinlərin problemlərini indi gündəlik həyatımızda hiss edirik. Bu, müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması şəkildə özünü göstərir. Karantin tətbiq edilməsi xidmət və s. sektorda çalışan insanların iş yerlərinin itirməsinə və ya gəlirlərin azalmasına ciddi təsir göstərir. Bunların qarşısını almaq üçün dövlət tərəfindən ödənilən kompensasiya bunun üçün kifayət deyil".