Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda iqtisadi böhran yaşanır - Yumurta davası - VİDEO

Ermənistanda iqtisadi böhran yaşanır - Yumurta davası - VİDEO

Tarix: 5 Aprel 2021 11:00

Müharibədən məğlub çıxan Ermənistan indi elə vəziyyətdədir ki, əhali heç pasxa bayramını da əli dolu, süfrəsi dolu keçirə bilmir. Adi ərzaq məhsullarının qıtlığının yaşandığı bu ölkədə pasxa ancaq kilsələrdəki ayinlərlə qeyd olunur. İndi sizə bu gün İrəvan küçələri və bazarlarında lentə alınan görüntüləri təqdim edəcəyik. Ermənistan vətəndaşları deyir ki, pasxada süfrəyə  ən çox qoyduqları yumurtanı belə tapa bilmirlər.

Təbii yumurta tapmayan ermənilər Pasxa bayramında oyuncaq yumurtanın ümidinə qalıblar.

Ermənistanda iqtisadi vəziyyət elə pisləşib ki, Pasxada süfrəyə ən çox qoyulan yumurtanı belə tapmaq olmur. Sakinlər deyir ki, ilk dəfədir bayramı belə bərbad vəziyyətdə qeyd edirlər. Qıtlıq təkcə yumurtada özünü göstərmir. Yağ, quş əti, süd məhsulları və şoklad kimi bayramda ən çox istifadə edilən məhsullar da qıtlaşıb. Yerli istehsal demək olar ki, yoxdur, idxal edilən məhsullar isə ya hədsiz bahalaşıb və ya ümumiyyətlə tapılmır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yerli media qurumlarının birinin hazırladığı bu reportajda Valeriya adlı bu qadın deyir ki, Pasxanı yaxşı keçirmək üçün pul yığırdı. Amma bu gün bazara çıxsa da, həm bahalıqdan, həm də istədiklərini tapa bilmədiyindən sadəcə səməni alıb evə qayıtmağa məcbur qalıb. Valeriya bildirir ki, nəvələri ona qonaq gəlsələr onların qarşısına nə bişirib qoyacağını bilmir və buna görə sarsıntı keçirir.

Bu  İrəvan sakini isə deyir ki, şəhərin müxtəlif yerlərində yaşayan rəfiqələrinə zəng edib və hamı eyni problemdən şikayətlənir: Qıtlıq və bahaçılıq.

Satıcılar da deyir ki, ilk dəfədir Pasxa Ermənistanda bu qədər sönük və qıtlıqla keçir. Piştaxtalarda ancaq göyəti, köhnəlmiş balıq və evlərdə kustar üsulla hazırlanan çaxır qablarını görmək mümkündür. Bununla necə bayram keçirəsən?

Reportajda qeyd olunur ki, bayramda yeməkləri bişirənlər əsasən qadınlar olduğu üçün məhz onlara mikrofon uzadıblar. Bu xanımın dediyi isə daha çox təsirlidir. O, bildiri ki, ətrafdakı insanlara baxın. Virusun tüğyan etdiyi bir vaxtda adamların maska alıb taxmağa belə pulları yoxdur. Bəs belə vəziyyətdə bayram süfrəsini necə dolduracaqlar?

Sorğuda iştirak edən hər kəs etiraf edir ki, indiki vəziyyətin səbəbi müharibədir. Müstəqllikdən bəri hakimiyyətə gələn hər kəs insanların gözlərini, qulaqlarını yalançı qəhrəmanlıqlarla doldurublar. Bu gün isə həmin yalanların maskası cırıldı və əsil aqibət üzə çıxdı. İndi sadə ermənilər yaxşı dərk edir ki, onlara kiminsə torpağını qəsb etmək yox, normal adam kimi yaşamaq lazımdır.

Milli.Az


Etiketlər:  Ermənistanda iqtisadi böhran yaşanır Yumurta davası VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ