Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2021 20:02
Banqladeşdə son günlər COVID-19 infeksiyasına yoluxmaların xeyli çoxalması səbəbindən ölkə üzrə birhəftəlik qapanma elan edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu dövrdə ictimai nəqliyyatın hərəkəti, dövlət qurumlarında və özəl sektorda iş fəaliyyəti dayandırılıb. Hökumət aprelin 5-dən başlayan qapanma rejiminin yoluxmaların sayını nəzarət altına almağa kömək edəcəyini güman edir.
Qeyd edək ki, hazırda Banqladeşdə pandemiyanın üçüncü və ən güclü dalğası müşahidə olunur. Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsi ötən gün ölkədə virusa 7087 yoluxma qeydə alındığını açıqlayıb. Bu rəqəmin pandemiya dövründə Banqladeşdə yeni antirekorddur. İndiyədək ölkədə 637 mindən çox yoluxma, 9266 ölüm qeydə alınıb. Yoluxanların 86,68 faizi sağalıb, 1,45 faizi isə vəfat edib.