Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 16:12
Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Rəmiş (Rafiq Hüseynov) dünyasının dəyişib. Mərhumun ölüm səbəbi koronavirusdan olduğu deyilsə də, həyat yoldaşı Güllü Hüseynova bunu təkzib edib. Güllü Rəmişin ölümünə səbəb kimi həkimlərin səhlənkarlığını iddia edir.
Ümumi olaraq, xəstənin ölümünə səbəb olan həkimlər məsuliyyətə cəlb olunur?
Sonxeber.net bildirir ki, bununla bağlı unikal.org-a hüquqşunas Aqil Layıc açıqlama verib. Onun sözlərinə görə, xəstənin ölüm səbəbi həm texniki, həm də ekspertiza rəyinə əsaslanmalıdır:
"Həqiqətən səhlənkarlıq olubsa və bunu təsdiq edən kifayət qədər dəqiq məlumatlar varsa, bu zaman həkim inzibati məsuliyyətə cəlb edilməlidir. Ehtiyyatsızlıqdan insan ölümünə səbəb olan həkim barəsində Cinayət Məcəlləsinin 124.1 maddəsinə uyğun olaraq iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".