Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 22:02
Çilinin səhiyyə sistemi koronavirusa yoluxma hallarının artması səbəbindən öz imkanlarının son həddinə çatıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu sözləri Çilinin prezidenti Sebastyan Pinyera peyvənd kampaniyasının başlanğıcına həsr olunmuş mətbuat konfransı zamanı deyib.
"Koronavirusun növbəti dalğası Çiliyə ağır zərbə vurdu. Səhiyyə sistemimiz öz imkanlarının son həddindədir, amma xəstələr lazımi müalicəni almaqda davam edirlər", - deyə Çili prezidenti bildirib.
Prezident həmçinin COVID-19-la mübarizədə səhvlərə yol verdiklərini də etiraf edib.