Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2021 21:48
Həkim və teleaparıcı Aleksandr Myasnikov dərman analoqlarının orijinallar kimi oxşar klinik sınaqlardan keçdiyini və onların mənfi təsirinin olmadığını bildirib.
Sonxeber.net xəbər verir ki, bu barədə Myasnikov "Rossiya-1" telekanalının efirində danışıb.
"Şirkətlərin fərqli adla istehsal etdiyi dərmanların əks və müsbət təsirləri fərqlənməməlidir. Çünki onlar eyni tərkiblidir", - həkim əlavə edib.
Onun sözlərinə görə, həkimlər tez-tez xəstələrə eyni tərkibli dərmanın bahalı versiyalarını yazırlar, müalicədən imtina edə bilməyən xəstələr də onları almaq məcburiyyətində qalırlar. (publika.az)