Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2021 10:44
Vətəndaş Həmrəyliyi Partiyasının(VHP) sədrin müavini Arif İsmayılbəyli koronavirusa yoluxub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hazırda Arif İsmayılbəyli reanimasiyadadır və aparata qoşulub.
A. İsmayılbəylinin həyat yoldaşı Mərziyyə İsmayılbəyli isə COVID-19-dan bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasında şöbə müdiri Səməndər Çaxmaqlı da koronavirusa yoluxub, o da reanimasiyada aparata qoşulub.