Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2019 04:32
Bakı. Trend:
Parisdə "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsinin oyunları davam edir.
Trend xəbər verir ki, ölkəmizi bu nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov rapid yarışlarının 3 turunda mübarizə aparıb. Şahmatçımız dördüncü turda rusiyalı Yan Nepomnyaşini, altıncı turda hollandiyalı Aniş Girini məğlub edib. Beşinci turda isə o, polşalı Kriştov Dudaya məğlub olub.
Qeyd edək ki, şahmatçımızın aktivində 5 xal var. Fransalı Maksim Vaşe-Laqrav 9 xalla turnir cədvəlinin lideridir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin