Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinin texnoloji nəhənglərinin Türkiyəyə axını başlayıb

Çinin texnoloji nəhənglərinin Türkiyəyə axını başlayıb

Tarix: 8 Aprel 2021 19:56

Çinin texnoloji nəhəngləri bir-birinin ardınca Türkiyəyə axın edərək orada qurğuların buraxılışı üzrə müəssisələr açırlar. Növbəti belə addımı mayda Türkiyədə smartfon istehsalına başlamağı planlaşdıran "TCL" şirkəti atıb. Bu barədə "Milliyet" nəşri məlumat yayıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, "TCL Mobil" şirkətinin Türkiyə üzrə nümayəndəsi Sərxan Tunkanın sözlərinə görə, söhbət adı açıqlanmayan qlobal tərəfdaşla birgə smartfon istehsalından gedir. İlk ildə yarım milyona yaxın qurğunun buraxılışı nəzərdə tutulur. Gələcəkdə istehsal həcmi genişlənəcək ki, bu da qurğuların digər ölkələrə də ixracına imkan verəcək.

Martda "Xiaomi" şirkəti Türkiyədə "Redmi Note 9C" smartfonlarının buraxılışı üzrə zavod açıb. Çin istehsalçısının biznes tərəfdaşı qismində əsas yerli texnoloji brendlərdən olan "Salcomp" şirkəti çıxış edib.

Bununla yanaşı, "Huawei" şirkəti də Türkiyədə smartfon istehsalına başlamağı düşünür. 2002-ci ildən Türkiyədə fəaliyyət göstərən Çin şirkəti paytaxt Ankarada ilk ofisini açıb. Sonradan İstanbulda "Huawei" nümayəndəliyi fəaliyyətə başlayıb. Bundan əlavə, "Huawei" Tükiyədə iri elmi tədqiqatlar və işləmələr mərkəzinə malikdir. Məhz onun əsasında istehsal müəssisəsinin yaradılması planlaşdırılır.


Etiketlər:  Çinin texnoloji nəhənglərinin Türkiyəyə axını başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ