Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2021 12:09
Finlaniyanın "Nokia" şirkəti beşinci nəsil mobil şəbəkələrində işləyən yeni "X10" və "X20" modelərini təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, hər iki smartfon plastik korpusa malikdir, emal edilmiş polimerdən istifadə edilib. Hər iki telefon 1080x2400 piksel təsvir ölçülü 6,67 düymlük IPS displeyə malikdir.
"Nokia X10" və "X20" smartfonları "Snapdragon 480 5G" prosessoru (bu, "Qualcomm"un istehsalı olan çiplərin ilkin seriyasıdır, lakin "Adreno 619" qrafik prosessoruna malikdir) ilə təchiz edilib. Hər iki smartfon "Wi-Fi 5", "Bluetooth 5.0", "NFC", "USB-C" portu, audio konnektor və FM radioya malikdirlər. 18 vattlıq enerjidoldurma qurğusuna malik batareyanın tutumu 4470 milliamper/saat təşkil edir.
Böyük versiya 64 mp-lik əsas sensor, 5 mp-lik genişbucaqlı və makro çəkiliş və fonun bulanıq edilməsi üçün hər birinin təsvir ölçüsü 2 mp olan sensora malikdir. "X10" aparatı eyni kamera dəsti ilə təchiz edilib, sadəcə əsas sensorun təsvir ölçüsü 48 mp-dir və 8 mp-lik ön kamera var.
İstehsalçı üç il ərzində tam dəstək vəd edir: yalnız "Android"in major yeniləmələri deyil, həm də genişləndirilmiş zəmanət daxildir.
Emil Hüseynov