Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir

AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir

Tarix: 9 Aprel 2021 15:12

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Azərbaycan Hava Yolları" QSC üçün elektrik mallarının satınalınması məqsədilə 1 lotdan ibarət açıq tender elan edir.

Lot 1 - "Azərbaycan Hava Yolları" QSC üçün elektrik mallarının satınalınması

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı və əsas şərtlər toplusunu əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı:

Lot 1 : 100 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Hesab: AZ88AZAL38050000001000002000
VÖEN: 9900000831
Bank: "PREMIUM BANK"ASC-nin 2 saylı filialı
Bankın VÖEN-i :9900006241
Kodu: 508267
M/H: AZ70NABZ01350100000000020944
S.W.İ.F.T: AZAL AZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər

İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (təklif zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (ən azı tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 06.05.2021-ci il, 14:30 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 19.05.2021-ci il,11:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 20.05.2021-ci il 14:30 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Əlaqələndirici şəxs: Hava Limanlarının İstismarı Baş İdarəsinin Marketinq və Təchizat İdarəsinin Logistika təminatı və texniki yardım qrupunun mühəndisi - Əsəd Cəlilov (99412) 497-26-00; Əlavə (40-42); (39-20); (90-20), [email protected]


Etiketlər:  AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ