Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mətbəxlərin kiçik MÖCÜZƏSİ - Gündə sadəcə bir qaşıq...

Mətbəxlərin kiçik MÖCÜZƏSİ - Gündə sadəcə bir qaşıq...

Tarix: 9 Aprel 2021 22:24

Min bir dərdin dərmanı olan çörəkotunun faydaları saymaqla bitmir. Toxumları ilə çoxalan bitki növü olan çörəkotunun faydalarına qəbizliyi aradan qaldırmaq, yaraları sağaltmaq, baş ağrısını və qan şəkərinin miqdarını azaltmaq, iltihab əleyhinə xüsusiyyətlər daxildir.

Zəngin vitaminləri və zülalları sayəsində bir çox xəstəlik üçün faydalı olan çörəkotunun yağı da möcüzəvi faydaları özündə cəmləşdirir.

Xərçəng hüceyrələrinin inkişafını və bədənə yayılmasının qarşısını alan çörəkotunun başlıca təsir etdiyi əsas xəstəliklər arasında qaraciyər, döş və prostat xərçəngi də var.

Bəs çörəkotunun digər faydaları nələrdir? Onun yağı necə istifadə olunur?

Bu bitki həmçinin, quru öskürək, qrip və revmatik xəstəliklərə qarşı da ffektiv təsir göstərir. Daxilindəki "timokinon" maddəsi şəkərli diabet, xolesterol, sedef və ekzema, allergiya, Alzheimer və həzm problemləri üçün faydalıdır.

Bədənin ən vacib orqanlarından biri olan qaraciyər yağ həzminin, zehin və vücudunuzun xoşbəxt və sağlam olmasının açarıdır. Gərəksiz dərman istifadəsi, alkoqol və siqaret istehlakı qaraciyərdə narahatlıq yaradır. Çörəkotu yağı qaraciyər xəstəliklərinin müalicəsində əhəmiyyətli rola sahibdir. Bu yağ bakteriyaları öldürmə qabiliyyətinə sahib olması ilə yanaşı, tərkibindəki turşular və antioksidanlar dəri sağlamlığına olduqca faydalıdır.

Milli.Az çörəkotunun əsas faydalarının siyahısını təqdim edir:

1. İmmunitet sistemini gücləndirir

2. İltihab əleyhinə effektivdir

3. Diş ağrısını kəsir

4. Quru öskürək və bronxit zamanı faydalıdır

5. Qan şəkərini azaldır

6. Qastrit və xora xəstəliyi üçün faydalıdır

7. Astma xəstələri üçün faydalı olduğu deyilir

8. Xərçəng hüceyrələrinin inkişafını və bədənə yayılmasının qarşısını alır

9. Ürək-damar sistemini qoruyur

10. Mədə xəstəliklərinin qarşısını alır

11. Oynaq ağrıları və revmatizm üçün faydalıdır

12. Siniri sakitləşdirir

13. Yorğunluğu aradan qaldırır

14. Yaraları sağaldır

15. Qəbizliyi aradan qaldırır

16. Qan dövranı sisteminə faydalıdır

17. Doğuş edən analarda südü artırır

18. Baş ağrısını azaltmağa imkan verir. (publika.az)

Milli.Az


Etiketlər:  Mətbəxlərin kiçik MÖCÜZƏSİ Gündə sadəcə bir qaşıq


RƏYLƏR