Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 07:36
Böyrək xəstələrinin müayinəsi zamanı ilk əvvəl xəstənin ağır, orta və ya qənaətbəxş olmağı ayırd edilir. Xəstənin qanının biokimyəvi analizlərində qalıq azotun həddən artıq olması, asidoz, su-duz mübadiləsinin ağır pozğunluğu və anemiya böyrək xəstələri üçün xarakterik xüsusiyyətlərdən hesab edilir.
Böyrək xəstələrinin vəziyyəti aktiv, passiv və məcburi olur.
Aktiv vəziyyət bir çox böyrək xəstələrində, passiv vəziyyət uremik koma zamanı, məcburi vəziyyət isə paranefrit və böyrək çatışmazlığında müşahidə olunur.
Ödemlər böyrək xəstələri üçün xarakterik olan əsas əlamətlərdən hesab edilir. Belə ki, kəskin və xroniki qlomerulonefrit, nefrotik sindrom, böyrək amiladozu, böyrək çatışmazlıqları zamanı xəstələrdə ödemlər müşahidə olunur. Bu zaman xəstənin dərisi avazımış, göz qapaqları şişmiş, gözaltı nahiyyədə və ayaqlarda ödemlər baş verir.
Böyrək xəstələrinin dərisinin rəngi avazımış olur. Bu dəri arteriolalarının spazmı nəticəsində baş verir.
Böyrək xəstəliklərinin ən son mərhələsi olan böyrək büzüşməsi baş verdikdə xəstənin dərisində qaşınmalar olur. Bu zaman obyektiv müayinədə dəridə dırnaq cızıntıları aşkar edilir.
Obyektiv müayinə zamanı böyrək xəstələrinin bel əzələlərində gərginliyin artması müşahidə edilir. Böyrəyin şişi və ya pilikistozu zamanı xəstələrin qarnının ön divarının qabarması qeyd olunur.
Sidik ifrazının çətinləşməsi ilə əlaqədar olaraq isə arıq xəstələri ayaq üstə saxladıqda sidik kisələrinin dolmuş olması nəzərə çarpan əlamətlərdən hesab edilir.