Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 14:26
"Liverpul"un baş məşqçisi Yurgen Klopp sosial medianın mənfi cəhətlərindən danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis insanların təhqirlərdən çox istifadə etdiyi üçün futbolçuları sosial şəbəkələrdən uzaqlaşmağa çağırıb:
"Sosial mediada hələ həll olunmayan bir problem var. İnsanlar bir hesabın arxasında gizlənərək, istədiklərini yaza bilərlər. Bu problem ən qısa müddətdə həll edilməlidir. Şəxsən mən çoxlarının məni qınadığı sosial şəbəkələrdən istifadə etmirəm. İnsanlara qulaq asmayın. Bu, futbolçulara məsləhətimdir. Ən yaxşı həll yollarından biri də sosial şəbəkələrin silinməsidir".