Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 21:52
Avstriyalı aktivist, "None of Your Business" (NOYB) qeyri-kommersiya təşkilatına rəhbəri Maks Şrems "Android" əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfon istifadəçilərinin davamlı olaraq izləməsindən şübhə etdiyinə görə ABŞ-ın "Google" şirkətinə qarşı iddia qaldırıb. Bu haqda "Financial Times" qəzeti məlumat verib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, iddiada "Android" sistemi ilə işləyən telefonlar strukturuna görə "Apple"ın reklam identifikatorlarına oxşar fərdi reklam kodları generasiya etdiyi deyilir. Aktivistin məlumatına görə, bu, "Google" və üçüncü şəxslərə istifadəçilərin internetdəki fəaliyyətini izləməyə imkan verir.
Fərdi kodlar reklamın istifadəçilərə görə daha yaxşı uyğunlaşdırılması məqsədilə generasiya edilib. Şrems öz iddiasını Fransanın məxfi məlumatların mühafizəsi üzrə tənzimləyici qurumuna ünvanlayıb. O, "Google" şirkətinin istifadəçiləri onların razılığı olmadan izlədiyi və Avropa Birliyinin qanunlarını pozduğu fikrindədir.