Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İT sahəsində xərclər ilk dəfə 4 trilyon dolları ötəcək

İT sahəsində xərclər ilk dəfə 4 trilyon dolları ötəcək

Tarix: 10 Aprel 2021 22:52

"Gartner" analitik şirkəti qlobal informasiya texnologiyaları bazarı üzrə yeni proqnozunu dərc edib: bu sektorda dünyanın müxtəlif regionlarında pandemiya və iqtisadi çətinliklər səbəbindən qeydə alınmış ötənilki azalmadan sonra artım müşahidə olunacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, analitiklər hər cür elektron qurğular, korporativ sinfə məxsus proqram təminatı, məlumatların işlənməsi mərkəzləri üçün sistemlər, İT xidmətləri və rabitə xidmətləri sahəsi üzrə xərcləri hesablayıblar.

2020-ci il üzrə bu sahənin həcmi 3,76 trilyon dollar olub. Bu, ötən illə müqayisədə 2,2% daha azdır. Elektron qurğular seqmentində daha böyük azalma qeydə alınıb: tədarükçülərin gəliri 6,9 % azalıb.

Lakin artıq bu il qlobal İT sahəsində artım qeydə alınacaq. "Gartner"in mütəxəssislərinin hesablamasına görə cari ildə İT sahəsinin həcmi 2020-ci illə müqayisədə 8,4% yüksələrək 4,07 trilyon dollar təşkil edəcək.

Milli.Az


Etiketlər:  sahəsində xərclər dəfə trilyon dolları ötəcək


RƏYLƏR