Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həm arıqladır, həm immuniteti yüksəldir

Həm arıqladır, həm immuniteti yüksəldir

Tarix: 11 Aprel 2021 15:12

Pəhriz saxlayarkən ən arzuolunan qida şirniyyatdır. Orqanizmə qida daxil olmayanda, qanda olan serotonin hormonunun miqdarı enir və insan özünü pis hiss etməyə başlayır. Əgər qarşınıza arıqlamaq məqsədini qoymusunuzsa, o zaman 3 həftəlik portağal pəhrizini sınayın.

Sonxeber.net Axşam.az-a istinadən portağal pəhrizini təqdim edir:

Pəhrizin məqsədi:

• Orqanizmi artıq piylərdən azad etmək
• Orqanizmi şlaklardan və toksinlərdən təmizləmək
• İmmuniteti yüksəltmək
• Sellüliti yox etmək
• Bədəni mineral və vitaminlərlə zənginləşdirmək
• Şirniyyata olan meyilliyi azaltmaq

Pəhrizin qaydası:

I həftə

• Hər gün 1 kq. portağal yemək lazımdır

• Rasiona 2 ədəd soyutma yumurta

• 2 stəkan yoqurt

• 2 litr qazsız mineral su əlavə et.

II həftə

• Yuxarıdakı rasion dəyişmir.

• Bu rasiona duzsuz qarabaşaq sıyığı əlavə olunur.

III həftə

• Hər şey olduğu kimi qalır.

• Ancaq 2 stəkan yoqurt qatıqla əvəz olunur.

• Menyuya meyvə və buxarda bişmiş tərəvəzlər daxil edilir.

İstənilən qədər çay, kofe və təbii şirələr içmək olar. Şəkər əvəzinə isə şəkərəvəzləyicisindən
istifadə etmək lazımdır.


Etiketlər:  Həm arıqladır həm immuniteti yüksəldir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ