Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2019 19:56
"Çelsi"nin futbolçusu Hadson-Odoi əməliyyat olunub.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu barədə London təmsilçisinin baş məşqçisi Mauritsio Sarri məlumat verib. O, əməliyyatın uğurlu keçdiyini bildirib. M.Sarri Odoinin təxminən üç ay yaşıl meydanlardan uzaq qalacağını söyləyib.
Qeyd edək ki, Odoi İngiltərə Premyer Liqasının 35-ci turunda "Bernli" ilə matçda (2:2) zədələnib.