Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib - FOTO

Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib - FOTO

Tarix: 12 Aprel 2021 09:02

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İtitala kəndində yerləşən fərdi yaşayış evində sanitar-karantin qaydalarının pozulması ilə müşahidə edilən nişan mərasimi keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman kənd sakini Səməd Abdullayevin 30-dan artıq qonağın iştirakı ilə qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən ev sahibi, qonaqlar və məclisi təşkil edən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.


Etiketlər:  Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ