Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 12:14
Böyük Britaniya Kraliçasının həyat yoldaşı Şahzadə Filip ölümündən əvvəl oğlu Uels Şahzadəsi Çarlza üç xahişlə müraciət edib.
Sonxeber.net oxu-az-a istinadən xəbər verir ki, bu barədə "The Sun" kraliyyət bioqrafı Robert Cobsona istinadən xəbər verir.
Onun sözlərinə görə, London xəstəxanasında yataqda olan Filip oğlundan ölümündən sonra II Elizabetə qayğı göstərməsini istəyib.
Şahzadə Filip həmçinin Çarlzın Britaniya kral ailəsinə rəhbərlik etməsi lazım olduğunu da açıqlayıb və önümüzdəki illərdə gediləcək yolu izah edib.
Söhbətin sonunda kraliçanın yoldaşı Vindzor qəsrinə - evinə getmək arzusunu dilə gətirib.
Qeyd edək ki, Şahzadə Filip aprelin 9-da 99 yaşında vəfat edib. Onun cənazə mərasimi aprelin 17-ə təyin olunub. Dəfn tarixinə qədər Böyük Britaniyada səkkiz günlük matəm elan olunub.