Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhsil alan qızların sayı 8-ci sinifdən sonra azalır - Hikmət Əlizadə - VİDEO

Təhsil alan qızların sayı 8-ci sinifdən sonra azalır - Hikmət Əlizadə - VİDEO

Tarix: 13 Aprel 2021 14:20

Dünya Bankının hesabatına əsasən 130 milyon qız təhsildən kənarlaşdırılıb. Ölkəmizdə də Aran zonasında, xüsusilə Saatlı, Sabiradabda və cənub bölgəsində qızların təhsildən yayınması hallarına rast gəlinir.

Sonxeber.net xəbər verir ki, bunu ARB24 kanalında yayımlanan "Telebloq"da Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Hikmət Əlizadə deyib. O bildirib ki, ölkədə qızların iki səbəbdən təhsildən kənarlaşdırılması qeydə alınır:

"Təhsil ekspertlərinin monitorinqlərində qızların erkən nikah və təsərrüfat işlərinə cəlb olunması səbəbindən təhsildən uzaqlaşdırılması müəyyənləşdirilib. Pambıqçılıq və digər kənd təsərrüfat məhsulları istehsal olunan bəzi rayonlarda qızların 8-ci sinifdən sonra məktəbə daha az getməsi qeydə alınır. Bu gün məktəblərdə 8-ci siniflə 10-cu sinifi müqayisəli təhlil etdikdə kəskin fərqlərin meydana çıxmasının şahidi ola bilərik".

H. Əlizadə belə halların qarşısının alınması üçün müxtəlif dövlət qurumlarının və təhsil ekspertlərinin maarifləndirmə işləri aparması lazım olduğunu bildirib.


Etiketlər:  Təhsil alan qızların sayı sinifdən sonra azalır Hikmət Əlizadə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ