Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 20:52
Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorlarını təqdim etməyə hazırlaşırlar. İnsayderlər bu şirkətlərin prosessorlarının nə zaman istifadəyə veriləcəyini bildiriblər. Bu barədə Digitimes saytı xəbər verib. Verilmiş məlumatda qeyd edilib ki, Xiaomi və OPPO şirkətləri Şanxayın Fabless Unisoc adlı zavodu ilə birlikdə güclərini birləşdirərək ya bu ilin sonunda ya da gələn ilin əvvəlində 5G prosessorlarını təqdim edəcəklər. Analitiklərin fikirlərinə əsasən hər iki şirkət Huawei ilə baş vermiş hadisələri nəzərdən keçirdərək bu cür addım atmağı planlaşdırır. Belə ki, onlar gələcəkdə Huawei şirkətinin hal hazırda olduğu vəziyyətə düşmək istəmirlər.
Hələ bir neçə müddət bundan öncə Xiaomi özünün təsvir emalı prosessoru olan Surge C1-i təqdim etmişdi. OPPO isə öz növbəsində Qualcomm-un keçmiş top menecerlərindən birinin rəhbərliyi altında fərdi mobil prosessor istehsalı planına sahibdir. Bazarda olan rəqabətin daha yüksək səviyyəyə çatdırılmasından əlavə olaraq fərdi prosessorların istehsalı Xiaomi və OPPO smartfonlarının performansları ilə enerji sərfiyyatlarının daha yaxşı optimizasiya olunmasına şərait yaradacaq. Qeyd etmək lazımdır ki, Google şirkəti də öz smartfonları üçün fərdi prosessorlar üzərində çalışmaq ilə məşğuldur.