Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“iPhone” kənar istehsalçıların cihazlarını izləməyə kömək edəcək

“iPhone” kənar istehsalçıların cihazlarını izləməyə kömək edəcək

Tarix: 13 Aprel 2021 23:40

"Apple" şirkətinin qurğuların axtarışı üçün nəzərdə tutulmuş "Find My" proqramının köməyi ilə indi digər brendlərin qurğularını izləmək olar. Şirkət kənar istehsalçılara öz məhsullarını izləmək üçün onun ekosistemindən istifadəyə icazə verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, cihazlar "Made for iPhone" (MFi) proqramı vasitəsilə sertifikasiyadan keçirildikdən sonra belə məhsullar "Apple Find My ilə işləyir" kimi nişanlanır.

"Find My" proqramının köməyi ilə izlənilməsi mümkün olan ilk məhsullar "VanMoof S3" və "X3" elektrik velosipedləri, "Belkin SoundForm Freedom True" simsiz qulaqlıqları olub. Gələcəkdə digər brendlər də öz qurğularını "Apple"ın ekosisteminə inteqrasiya edə biləcəklər.

Milli.Az


Etiketlər:  iPhone kənar istehsalçıların cihazlarını izləməyə kömək edəcək


RƏYLƏR