Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mingəçevirdə çay evində bıçaqlanma hadisəsi törədənlər istintaqa cəlb olundu

Mingəçevirdə çay evində bıçaqlanma hadisəsi törədənlər istintaqa cəlb olundu

Tarix: 29 Iyul 2019 17:33

Bakı. Trend:

İyulun 27-də saat 02 radələrində Mingəçevir şəhərində “083” adlı çay evində şəhər sakinləri Kənan Quliyev və Razi Əliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Elmir Hüseynov, Vüqar İbrahimov və Soltan Səlimova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi faktı ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 126.2.1-ci (bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, iş üzrə zəruri ekspertizalar təyin edilmiş, şahidlər dindirilmiş, cinayətin törədilməsində istifadə olunan bir ədəd bıçaq maddi sübut kimi götürülmüş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Kənan Quliyev və Razi Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mingəçevirdə çay evində bıçaqlanma hadisəsi törədənlər istintaqa cəlb olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ