Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''la oyunda narahat olacağım bir şey yoxdur'' - ''Dundalk''ın hücumçusu

''Qarabağ''la oyunda narahat olacağım bir şey yoxdur'' -  ''Dundalk''ın hücumçusu

Tarix: 29 Iyul 2019 19:40

"Dundalk"ın futbolçusu Maykl Daffi Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi fikirlərini bildirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, oğlunun doğulması səbəbindən birinci təsnifat mərhələsində "Riqa" ilə səfər matçına gedə bilməyən 25 yaşlı hücumçu bu dəfə özünü sakit hiss etdiyini deyib: "Çünki narahat olacağım bir şey yoxdur ( gülür). Buna görə Bakıya çatmağı gözləyirəm".

O, Ağdam klubu ilə görüşün vacib olduğunu vurğulayıb: "Növbəti mərhələyə keçsək, nələrin olacağını bilirik. Bu il bizdən daha çox gözlənti var. Bunun üçün fürsətlərimizin olduğunu bilirik.  Ev oyunundakı nəticədən sonra şanslarımız qalır. Buna görə də cavab görüşünü səbirsizliklə gözləyirik. Bu, mövsümün ən yaxşı hissəsidir".

Daffi daha sonra bildirib: "Çərşənbə axşamı stadionda nələr edə biləcəyimizi görmək yaxşıdır. Əminəm ki, ora sevimli stadion olacaq. Bizim üçün böyük bir gecə olacaq. Şəhəri də görmək yaxşı olar. Bu axşam bəlkə bir neçə saat şəhəri gəzərik. Amma sabahdan ancaq oyun haqda düşünəcəyik. Hamımız oyun gününü gözləyirik".

İrlandiyalı oyunçu bildirib ki, ilk görüşdə ikinci hissədəki oyunlarından sonra uğur qazanacaqlarına əmindir: "Bilirik ki, səfərdə çətin olacaq. Rəqib öz meydanında, azarkeşləri qarşısına oynayacaq. Biz əvvəlcə yaxşı müdafiə olunmalıyıq. Bunu bacarsaq, inanıram ki, ilk oyunun ikinci hissəsindəki kimi yaxşı şanslarımız olacaq".

Qeyd edək ki, "Qarabağ"- "Dundalk" oyunu iyulun 31-i yerli vaxtla saat 21:00-da başlayacaq.

 


Etiketlər:  Qarabağla oyunda narahat olacağım şey yoxdur Dundalkın hücumçusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ