Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün şəhid olan Nurlan - ''Xoşbəxtliklə şəhidlik sinonimdir məncə''

Bu gün şəhid olan Nurlan - ''Xoşbəxtliklə şəhidlik sinonimdir məncə''

Tarix: 19 Aprel 2021 15:12

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış daha bir hərbçisi Nurlan Əbilov şəhid olub.

6 ay 11 gün komada qalan Nurlan Əbilovun həyatını xilas etmək mümkün olmayıb və o, şəhadət məqamına ucalıb.

Yaxınlarının azxeber.com-a verdiyi məlumata görə, Nurlanın ata və anası vəfat edib: 

"Nurlanın komadan ayrılacağına yoldaşı Aydan və iki körpə balası çox ümidli idi. Körpə balası qurban demişdi atasının oyanmağına. Onlar öncə Allaha, daha sonra bizə əmanətdir. 

Onu da qeyd edək ki, Nurlan döyüşdə könüllü iştirak etmiş, vuruşmuşdur. Müharibə başladığını bildiyi andan "Torpaqlarımızı geri almalıyıq, mən boş dura bilmərəm" deyərək, könüllü şəkildə hərbi komissarlığa yollanmışdır.

Nurlanın nə ata-anası, nə də bacı-qardaşı yox idi. Bir ailədən yalnız Nurlan var idi, o da Şəhidlik zirvəsinə ucaldı. Onun 2 balası bizə yadigar qaldı". 

Yaxınları Nurlanın bir neçə il sosial şəbəkədə yazdığı paylaşımı da təqdim edib.

Həmin statusda Nurlan özünə şəhidlik zirvəsi arzulayıb:


Etiketlər:  gün şəhid olan Nurlan Xoşbəxtliklə şəhidlik sinonimdir məncə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ