Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diabet xəstəliyindən əziyyət çəkənlərin B qrupu vitaminləri ilə zəngin qidalar qəbul etməsi daha çox vacibdir

Diabet xəstəliyindən əziyyət çəkənlərin B qrupu vitaminləri ilə zəngin qidalar qəbul etməsi daha çox vacibdir

Tarix: 19 Aprel 2021 22:33

B qrupu vitaminləri maddələr mübadiləsini yaxşılaşdırır, sinirləri gücləndirir, zehni inkişafa dəstək verir. B1, B2, B6 və B12-nin daxil olduğu həmin vitaminlər bitki və heyvan mənşəli bir çox məhsulların tərkibində var.

B qrupu vitaminləri çatışmazlığı müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Məsələn, bədəndə B1 vitamini az olduqda yuxusuzluq baş verir, həzm, sinir sistemi və ürəyin fəaliyyəti pozulur, ətraflarda atrofobiyalar yaranır. B12 vitamini çatışmazlığı zamanı isə ağız və gözün selikli qişası zədələnir, tüklər tökülür, dodaqlarda çatlar əmələ gəlir, qaraciyər zədələnir.

Sonxeber.net bildirir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: "B qrupu vitaminlərinin növləri müxtəlifdir. Bunlara B1, B2, B3, B5, B6, B7, B9 və B12 vitaminlərini göstərmək olar. B qrup vitaminləri sinir sistemi ilə əlaqədar vitaminlərdir, yəni xəstədə sinir ifliclərindən tutmuş elementar əsəb gərginliyinə qədər əsəb sistemi pozğunluqları varsa, B qrup vitaminləri müalicə kompleksinə daxil edilir".

Həkimlər bildirirlər ki, ən azı həftədə bir neçə dəfə qida rasionuna B qrup vitaminləri ilə zəngin olan məhsullar əlavə edilməlidir. Xüsusən də bu, diabet xəstəliyindən əziyyət çəkənlər üçün vacibdir.

Həkim-terapevt deyib: "Narıncı və qırmızı rəngli bitkilərdə B qrup vitaminləri, ət və ət məhsullarında B12 vitamini, yaşıl göyərtilərdə fol turşusu və B5 vitamini daha çoxdur. Yumurta, qaraciyər, xüsusən dənli bitkilərin kəpəkli növlərində həmin vitaminlər daha çoxluq təşkil edir. Ona görə də şəkər xəstəliyi olanlara qarabaşağı çiy şəkildə qəbul etmək məsləhət görülür. İslanmış qarabaşaqda B qrupu vitaminləri ilə zəngin olduğuna görə şəkər xəstələri üçün unikal qidadır".

Düyü kəpəyi, buğda, paxla, yumurta sarısı B6 vitamini ilə zəngindir. B11 fol turşusu vitamini, qırmızı qan hüceyrələri və sinir toxumalarının meydana gəlməsində aktiv rol oynayır. Ət, ispanaq, kahı, yumurta, çörək, portağal və banan həmin vitaminin əhəmiyyətli mənbələri sayılır. Vitaminləri dərman şəklində qəbul etmək isə həkim məsləhəti ilə tövsiyə olunur.


Etiketlər:  Diabet xəstəliyindən əziyyət çəkənlərin qrupu vitaminləri ilə zəngin qidalar qəbul etməsi daha çox vacibdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ