Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2019 01:28
Bakı. Trend:
Braziliyanın Para ştatının həbsxanasında iğtişaşlar baş verib.
Trend-in "Globo" telekanalına istinadən verdiyi məlumata görə, Altamira bələdiyyəsində yerləşən həbsxanada baş verən iğtişaşlar nəticəsində 52 məhbus həlak olub.
Telekanalın məlumatına əsasən, məhbuslardan 16-nın başı kəsilib, digərləri isə məhbuslar tərəfindən törədilən yanğın nəticəsində ölüblər.
Bildirilir ki, həbsxananın 2 işçisi girov götürülüb və daha sonra sərbəst buraxılıblar.
Qeyd edək ki, may ayında Amazonas ştatının paytaxtının həbsxanasında baş verən iğtişaşlar nəticəsində 55 məhbus həlak olmuşdu.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin