Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hava kəskin dəyişir - Güclü külək əsəcək

Hava kəskin dəyişir - Güclü külək əsəcək

Tarix: 20 Aprel 2021 14:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 21-i gündüzdən  23-ü gündüzədək şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.

Azərbaycanın bəzi şimal və qərb rayonlarında aprelin 21-dən 23-ü axşamadək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Milli.Az


Etiketlər:  Hava kəskin dəyişir Güclü külək əsəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ