Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2021 14:50
ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bu həftə Vaşinqtona gedəcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Axios" saytı ABŞ Dövlət Departamentinə istinadən məlumat verib.
"Səfir Sallivan bu həftə ailəsini görmək və yeni administrasiya ilə görüşmək üçün ABŞ-a qayıdacaq. Vəzifəsində müddətsiz xidmət etməyə razılaşandan sonra onunla məsləhətləşmə aparmaq imkanı olmayıb",- deyə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib. O qeyd edib ki, Sallivan yaxın həftələrdə yenidən Moskvaya qayıdacaq.
Bundan əvvəl "Axios" nəşri Sallivanın Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla görüşə çağrıldığını və ona Co Bayden administrasiyası ilə məsləhətləşmələr üçün Vaşinqtona qayıtmasının tövsiyə olunduğunu bildirmişdi.