Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maştağada 9 obyektdə qanunsuzluq aşkarlandı

Maştağada 9 obyektdə qanunsuzluq aşkarlandı

Tarix: 20 Aprel 2021 19:04

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə prokurorluq orqanları tərəfindən bu sahədə mövcud hüquqpozmalarla mübarizəyə yönəlmiş tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsinin, rayon prokurorluqlarının və "Azərsu" ASC-nin əməkdaşlarının iştirakları ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsində yerləşən 11 qeyri-yaşayış obyektinə baxış keçirilən zaman 9 qeyri-yaşayış obyektinin su təchizatı şəbəkəsinə qanunsuz qoşulmasının aşkar edilməsi faktları ilə bağlı inzibati xəta haqqında işlər üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilərək baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilib.

Baş Prokurorluq əhaliyə müraciət edərək qlobal istiləşmənin bir çox ölkələrdə yaratdığı susuzluq probleminin ölkəmizdə də baş verməsinin qarşısını almaq məqsədilə sudan qənaətlə istifadə etməyə, bunun üçün sudan sərfəli istifadə üçün nəzərdə tutulmuş müasir texnologiyaya əsaslanan avadanlıqlardan istifadə etməyə çağırır.


Etiketlər:  Maştağada obyektdə qanunsuzluq aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ