Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 14:58
Rusiya Prezidenti Vladimir Putin Belarusda planlaşdırılan dövlət çevrilişi barədə danışıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, V. Putin bu gün Federal Məclisdə müraciətində bildirib ki, hər şey Belarusda real çevrilişə cəhdə aparırdı.
"Heç kim düşünmür ki, nə qədər insan bundan əziyyət çəkəcəkdi", - deyə o vurğulayıb.
Qeyd edək ki, Belarusda Prezident Aleksandr Lukaşenko və ailə üzvlərinə sui-qəsd planlaşdıran iki nəfərin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən Moskvada həbs olunduğu barədə məlumat yayılıb.
A. Lukaşenko və Rusiya planın arxasında ABŞ-ın dayandığını iddia edir.