Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Portuqaliyanın dəniz sənayesinə 2030-cu ilədək 5 milyard avro sərmayə yatırmaq planlaşdırılır

Portuqaliyanın dəniz sənayesinə 2030-cu ilədək 5 milyard avro sərmayə yatırmaq planlaşdırılır

Tarix: 21 Aprel 2021 21:16

Portuqaliyanın dəniz sənayesinə 2030-cu ilədək 5 milyard avro sərmayə yatırmaq planlaşdırılır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Portuqaliyanın biznes konfederasiyası" dəniz iqtisadiyyatı üzrə strateji şuranın məlumatına görə, investisiya limanlardan və gəmiqayırmadan başlayaraq, balıqçılıq və balıq emalınadək, biotexnologiyadan tutmuş turizmə və ətraf mühitin iqtisadiyyatınadək dəniz sektorunun yenidən işə salınmasına yönəldiləcək. 2,5 milyard avronun Avropa İttifaqı fondlarından alınması planlaşdırılır.

Bu sərmayələr Portuqaliyanın limanlarının, sualtı kommunikasiyalarının, qida sənayesinin və turizminin dünya miqyasında rəqabətqabliyyətliliyinin artırılması işinə xidmət edəcək.

Portuqaliyanın ən iri ixracatçılardan biri olan dəniz sənayesi ildə 6 milyard avro dövriyyəyə malikdir ki, bu da milli ÜDM-in 3 faizinə bərabərdir.


Etiketlər:  Portuqaliyanın dəniz sənayesinə 2030 ilədək milyard avro sərmayə yatırmaq planlaşdırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ