Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2019 11:30
Bakı. Trend:
YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda uğurla keçirilməsi və bunun İtaliya mətbuatında geniş əks-səda doğurmasının ardınca İtaliyanın “Linkiesta” qəzetində erməni propoqandasının təsiri altında “Azərbaycan çox dəyərli arxeoloji əraziləri dağıdır və YUNESKO bunu alqışlayır” başlıqlı erməni tərəfinin yalan və uydurma məlumatlarına əsaslanan təxribatçı məqalə dərc olunub.
Trend-in məlumatına görə, bununla bağlı Azərbaycanın İtaliyadakı Səfirliyi qəzetin redaksiyasına etiraz məktubu yollayaraq erməni tərəfinin maraqlarına xidmət edən bu məqalədəki məlumatların yalan və uydurma olduğunu, məqalənin müəllifinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü görməzdən gəldiyinin anlaşılmaz olduğunu bildirib.
Nəticədə, "Linkiesta" qəzeti Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən geniş müsahibə götürüb və müsahibə 29 iyul tarixində işıq üzü görüb.
Müsahibəsində Azərbaycan diplomatı qəzetin suallarına cavab olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri, münaqişənin tarixi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün nəticələri, qeyd olunan məqalənin hansı səbəblərdən erməni propoqandasına xidmət etdiyi, erməni lobbisinin ölkəmizə qarşı apardığı çirkin kampaniya və bunun tərəfimizdən ifşa olunması, Azərbaycanın multikulturalizm modeli, Azərbaycan-YUNESKO əməkdaşlığı, münaqişəsinin nizamlanmasına dair beynəlxalq hüquqi-normativ baza və münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi barədə danışıb.
Müsahibə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:
https://www.linkiesta.it/it/article/2019/07/29/azerbaigian-armenia-djulfa-unesco/43019/
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin