Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mariya Stadnik Avropa çempionatının finalında - FOTO

Mariya Stadnik Avropa çempionatının finalında - FOTO

Tarix: 21 Aprel 2021 22:18

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, üçüncü yarış günündə qadınlardan ibarət yığmamızın 3 üzvü mübarizəyə qoşulub.

Millimizin lideri Mariya Stadnik 1,5 illik fasilədən sonra güləş xalçasına inamlı qələbəylə qayıdıb. Təcrübəli güləşçimiz Rusiya idmançısına heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb. Bu mərhələdə ukraynalı güləşçiyə də aman verməyən Stadnik finala yüksəlib. Final qarşılaşması aprelin 22-də keçiriləcək.

Elis Manolova ilk görüşdə İsveç güləşçisi üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra türkiyəli rəqibinə məğlub olub.

Səbirə Əliyeva startda Estoniya güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz aprelin 22-də təsəlliverici görüşə çıxacaq.

50 kq
1/4 final: Mariya Stadnik - Yekaterina Poleşçuk (Rusiya) 11:0
1/2 final: Mariya Stadnik - Oksana Livaç (Ukrayna) 10:4
Final: Mariya Stadnik - Miqlena Selişka (Bolqarıstan)

68 kq
1/8 final: Elis Manolova - Tindra Syoeberq (İsveç) 10:2
1/4 final: Elis Manolova - Nesrin Baş (Türkiyə) 3:7

76 kq
1/4 final: Səbirə Əliyeva - Epp Maee (Estoniya) 0:10
Təsəlliverici görüş: Səbirə Əliyeva - Vanessa Veskan (Fransa)

Milli.Az


Etiketlər:  Mariya Stadnik Avropa çempionatının finalında FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ