Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qafqaz üçün Aİ tələsi: inkişaf köləlikdədir?

Qafqaz üçün Aİ tələsi: inkişaf köləlikdədir?

Tarix: 22 Aprel 2021 11:15

Qonşu Gürcüstanda aylardırsürən siyasi böhran nəhayət ki, qisməd də olsa həllini tapıb. Müxalifətlə iqtidar arasında yaşanan gərginlik ölkə sərhədlərini aşıb Avropa kuluarlarına qədər gedib çıxmışdı. Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar üç dəfə uğursuz başa çatıb. İş o yerə çatdı ki, hətta Avropa İttifaqının üzvü olmağa can atan və qurumdan Assosiativ üzvlük əldə edən Gürcüstana qarşı sanksiyalar da gündəmə gətirilmişdi. Ultimativ formada iqtidar və müxalifət qarşısında tələb  qoyulurdu ki, əgər kompromisə getməsələr yumşaq desək pulsuz və yardımsız qalacaqlar. Və dərhal da bu tələb qarşısında hər iki düşərgə aciz duruma düşüb danışıqlara başlamağa hazır olduğunu nümayiş etdirib. Düzdür, məsələ qonşularımızın daxili işi olsa da, bir məsələ var ki, ona toxunmamaq olmur. İllər uzunudur ki, bəziləri, elə bizim müxalifətin radikal qanadı hər kəsə yeritməyə çalışırdı ki, bəs Gürcüstan müstəqil xarici siyasət yeridir və heç kimdən asılı vəziyyətdə deyil. Avropanın gürcülər qarşısında qoyduğu ultimativ bəyanatlar bunun heç də belə olmadığını üzə çıxarmış olur. Hansısa bir müstəqillikdən sadəcə söhbət belə gedə bilməz. Görünən odur ki, Qərbin müəyyən etdiyi xətti və tələb etdiklərini yerinə yetirmək zorunda qalıb. Əks təqdirdə gürcülərə bu baha başa gələrdi. Yoxsa ölkənin daxili işlərini Qərb niyə həll etməli və tərəflər qarşısında tələb qoymalıdır. Bu fakt nəyi göstərir- tək regionda deyil, postsovet məkanında  müstəqil xarici siyasət yeridən tək dövlət varsa, o da Azərbaycandır. Ortada nümunə də var. Beynəlxalq təpkilər və təzyiqlərə baxmayaraq, Azərbaycan işğal altında olan torpaqlarını 44 gün ərzində azad etdi və Qərb qurumlarının 30 il dondurduğu problemi həll etməyə müvəffəq oldu. Və dünyaya sübut etdi ki, ən ümdə olanı xalq-dövlət birliyidir. Dünya tarixində görünməmiş bir formada bu birliyi göstərmiş oldu. Məhz düzgün xarici siyasət yerildilməsi sonda uğura gətirib çıxardı. Gürcüstanda baş verənlər isə göstərir ki, prosesləri düzgün qiymətləndirməmək, çılğınlıq sonda çox mənfi fəsadlara gətirib çıxarır. 2008-ci il Gürcüstanın apardığı müharibə kimi. Qərbə arxalanıb müharibə aparmağın acı sonluğu hər kəsə bəllidir.

Qeyd etməliyik ki, bu gün də Gürcüstanda baş verənlər qonşu kimi Azərbaycanı da maraqlandırır. Səbəb də, ümumi siyasi, iqtisadi və strateji maraqlardır. Ən əsası bu ölkədə yüz minlərlə soydaşımız yaşayır və orada hər hansı bir gərginlik həm də bizim problemimiz deməkdir.

Azər NURİYEV


Etiketlər:  Qafqaz üçün tələsi inkişaf köləlikdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ