Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göyçayda narkotik alverçisi evlərdən oğurluq etdi - FOTO

Göyçayda narkotik alverçisi evlərdən oğurluq etdi - FOTO

Tarix: 22 Aprel 2021 14:30

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı şəhər sakini Rüstəm Səfərov şübhəli şəxs qismində saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, şəxsi axtarış zamanı R.Səfərovdan narkotik vasitə olan heroin aşkar olunub. Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində 3 fərdi yaşayış evindən müxtəlif məişət əşyaları,təmir alətləri,avtomobil şinləri, dəmir məhəccərlər, eləcə də nəqliyyat vasitəsinə aid olan digər hissələri oğurladığı məlum olub. O, ifadəsində oğurladığı həmin əşyaları müxtəlif şəxslərə satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Göyçayda narkotik alverçisi evlərdən oğurluq etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ