Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Palçıq Vulkanları Turizm Kompleksinin binası krater formasında olacaq

Palçıq Vulkanları Turizm Kompleksinin binası krater formasında olacaq

Tarix: 22 Aprel 2021 16:48

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma kompleks barədə məlumat verib. Prezident İlham Əliyev kompleksin necə olacağı ilə maraqlanıb.

Prezident İlham Əliyev: Buraya gələn qonaq, turist nə görəcək?

Fuad Nağıyev: Konsepsiya ondan ibarətdir ki, kompleksin binası yuxarıdan krater kimi görünəcək. Eyni zamanda, burada emalatxana da fəaliyyət göstərəcək. Uşaqlar üçün dərslər keçəcəyik. Sərgi zalı və kafe də olacaq.

Qeyd edək ki, palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura "Qılınc" palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Beləliklə, "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsi icra olunur.

Milli.Az


Etiketlər:  Palçıq Vulkanları Turizm Kompleksinin binası krater formasında olacaq


RƏYLƏR