Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elm, innovasiya və beynəlxalq tərəfdaşlıq: Qərbi Kaspi Universitetinin inkişaf modeli - FOTOlar

Elm, innovasiya və beynəlxalq tərəfdaşlıq: Qərbi Kaspi Universitetinin inkişaf modeli - FOTOlar

Tarix: 17 Oktyabr 2025 11:22

Qərbi Kaspi Universitetində jurnalistlərlə görüş keçirilib.

Sonxeber.net xəbər verir ki, görüşdə Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri,professor Hüseyn Bağırov və universitetin digər rəhbər şəxsləri, dekanlar və müəllimlər iştirak ediblər.

Görüş zamanı Hüseynqulu Bağırov jurnalistlərə son illər ərzində universitetin əldə etdiyi naliyyətlər və yeniliklərlə bağlı məlumat verib.

Qeyd olunub ki, Azərbaycanın ilk qeyri-dövlət ali təhsil müəssisəsi olan Qərb Universitetinin (indiki Qərbi Kaspi Universiteti) əsası 1991-ci ildə qoyulub. 

"Fəaliyyət göstərdiyi illər ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilən Qərbi Kaspi Universiteti 63 ixtisas üzrə 3000-dək tələbəyə əyani və qiyabi təhsil proqramlarına əsaslanan təhsil verir. Universitetdə 7 fakültə (məktəb), 18 kafedra, 11 şöbə fəaliyyət göstərir. Universitetdə çalışan 275 müəllimdən 72-si elmlər doktoru, professor; 42 nəfəri isə dosentdir. Bir sıra beynəlxalq təhlillərdə Qərbi Kaspi Universiteti, SSRİ-nin süqutundan sonra yeni mühitdə yaranmış ən yaxşı 10 universitetdən biri kimi göstərilmişdir.Əsas və günün tələbi olan fənlər yerli və xarici müəllimlər tərəfindən tədris olunur".

Bildirilib ki, Qərbi Kaspi Universitetində xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus + və Mövlanə mübadilə layihələri çərçivəsində universitetin tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya, Türkiyə, İrlandiya kimi ölkələrin aparıcı universitetlərində təhsil ala bilərlər. Qərbi Kaspi Universiteti Böyük Britaniyanın "Koventri və bu ölkənin Sinqapurda yerləşən "London Biznes və Maliyyə Məktəbi", İsveçrənin UBİS və Çexiyanın NEWTON Universitetləri ilə ikili diplom layihələrini həyata keçirir.

H.Bağırov son dövrlər universitetin əldə etdiyi uğurlardan da söz açıb:

"Elektronlaşma baxımından adambaşına ən çox kompüter düşən universitet məhz Qərbi Kaspi Universitetidir.

Hətta ABŞ-nin təşkil etdiyi "Davamlı kampus" müsabiqəsi çərçivəsində iştirak edən Azərbaycan universitetləri sırasında 1, müsabiqəyə qatılan 19 ölkə universitetləri sırasında isə Qərbi Kaspi Universiteti 11-ci yerdə qərarlaşıb. Əldə etdiyimiz nəticə isə işini sevərək yerinə yetirən kollektiv sayəsindədir. Bizim universitetdə oxumağı ilə seçilən tələbələrə 100% ə qədər güzəşt var".

Qeyd edək ki, tədqiqat universitetinə çevrilmə yolunda irərliləyən Qərbi Kaspidə bir çox tədqiqat mərkəzi fəaliyyət göstərir. 

International Center for Materials Sciences and Technology (https://icmst.wcu.edu.az/ )
Life Sciences Resource Center (https://lsrc.wcu.edu.az/) 
Economic Research Center (https://erc.wcu.edu.az/) 
Gender Research Center (https://gender.research.wcu.edu.az/) 
Mountain Biodiversity, Landscape, and Culture Research Institute (https://mountainresearchinstitute.wcu.edu.az/ )
Western Caspian University Coordination Council for Scientific and Educational Cooperation with Asian Universities (https://acar.wcu.edu.az/ )

Bu mərkəzlər fənlərarası tədqiqatların inkişafına və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir.

Tədqiqat Mərkəzləri ilə paralel olaraq universitetdə tədqiqat laboratoriyaları da fəaliyyət göstərir. 

Genetika və Molekulyar Biologiya laboratoriyası
Ekoloji və biomüxtəliflik tədqiqatlar laboratoriyası
Meşə artımının təhlili və Dendroxronologiya laboratoriyası
Hidrobiologiya laboratoriyası
Kimya və ətraf mühitin monitorinqi laboratoriyası
Mexanika və robototexnika mühəndisliyi laboratoriyası
Smart materialların istehsalı laboratoriyası
Fizika və Elektronika laboratoriyası
Dizayn emalatxanası

Hazırda əcnəbi alimlərlə sıx əməkdaşlıq edən Qərbi Kaspi Universiteti Azərbaycanı beynəlxalq elmi layihələrdə uğurlu təmsil edir.  Universitet 200-dən çox xarici təhsil müəssiələri ilə müqavilə və memorondumlar imzalayıb.Hal-hazırda bir sıra müxtəlif ölkələrdən olan tədqiqatçılar, müəlliflər universitetdə blok şəkilində yəni öz fənlərini bir ay ərzində Bakıya gələrək, dərslərini tədris edib və edir.

Hüseynqulu Bağırov bildirib ki, Qərbi Kaspi Universitetinin Scopus bazasında Azərbaycan universitetləri arasında 2-ci yerdə qərarlaşıb.

"Son illərdə Qərbi Kaspi Universitetində elmi fəaliyyətin intensivləşməsi nəticəsində beynəlxalq elmi bazalarda dərc olunan məqalələrin sayı əhəmiyyətli dərəcədə artıb. 

Qərbi Kaspi Universiteti dünyanın ən böyük istinad olunan məlumat bazası "Scopus" da indekslənib. Dərc olunan məqalələrin sayına görə, yəni 3035 məqalə ilə universitet xüsusilə seçilib. Əgər 2023-cü ildə 72 məqalə cəmi yayımlanmışdısa, 2024-cü ildə bu rəqəm 1212, 2025-ci ildə isə artıq 1713-ə çatıb. 

Sonda tədbir iştirakçıları universitetin professor müəllim heyyəti ilə fikir mübadiləsi aparıb, birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.


Etiketlər:  innovasiya beynəlxalq tərəfdaşlıq Qərbi Kaspi Universitetinin inkişaf modeli FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ