Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran PUA-sı ABŞ təyyarə daşıyanının üstündən uçdu - VİDEO

İran PUA-sı ABŞ təyyarə daşıyanının üstündən uçdu - VİDEO

Tarix: 22 Aprel 2021 19:00

İranın "Shahed-191" adlı strateji zərbə pilotsuz təyyarəsi Hörmüz boğazından keçərək Fars körfəzinə istiqamətlənən ABŞ-ın "USS Dwight D. Eisenhower" təyyarədaşıyan gəmisinin üzərindən uçaraq hərbi gəminin görüntülərini çəkib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yayımlanıb.

Ötən gün yayımlanan görüntülərdə ABŞ döyüş təyyarəsinin gəminin göyərtəsinə eniş etdiyi və gəmidə digər hərbi təyyarələrin və avadanlıqların olduğu aydın görünür. Onların arasında "F/A-18E/F Super Hornet" qırıcı-bombardmançılarının da olduğu bildirilib.

Görüntülərdən dronun ABŞ gəmisinə həddən artıq yaxınlaşmasına baxmayaraq, gəmi heyətinin səmada baş verən gizli fəaliyyətdən xəbərdar olmadığı hiss olunur.

Qeyd edək ki, daha əvvəl ABŞ Mərkəz komandanlığının rəhbəri general Kennet Makkenzi Tehranın orta və kiçik ölçülü pilotsuz aparatlardan istifadə etməsi ilə ABŞ- Koreya müharibəsindən bu yana ilk dəfədir ki, havada tam üstünlüyü əldən verib.

Milli.Az


Etiketlər:  İran PUA ABŞ təyyarə daşıyanının üstündən uçdu VİDEO


RƏYLƏR