Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Azərbaycanın ixrac etdiyi məhsulların dəyəri 10 milyard manata yaxınlaşıb

Bu il Azərbaycanın ixrac etdiyi məhsulların dəyəri 10 milyard manata yaxınlaşıb

Tarix: 30 Iyul 2019 13:06

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının ixracı 9,98 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard ABŞ dolları və ya 15 faiz artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, bu müddətdə qeyri-neft sektoru üzrə 979 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 127 milyon ABŞ dolları və ya 15 faiz artıb.

Bu ilin ilk yarısında Rusiyaya 355 milyon, Türkiyəyə 213,3 milyon, Gürcüstana 85,4 milyon, İsveçrəyə 73,5 milyon və İtaliyaya 30,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2019-cu ilin birinci yarısında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 11 faiz, Türkiyəyə 18 faiz, Gürcüstana 15 faiz, İsveçrəyə 6 faiz və İtaliyaya 2,3 dəfə artıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın ixrac etdiyi məhsulların dəyəri milyard manata yaxınlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ