Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeməyə aldıqları bibərdən çıxan canlı qurbağa şoka saldı

Yeməyə aldıqları bibərdən çıxan canlı qurbağa şoka saldı

Tarix: 22 Aprel 2021 23:45

Kanadalı cütlüyü, yeməyə aldıqları bibərdən çıxan canlı qurbağa şoka salıb.

Milli.Az saqlamhəyat.az-a istinadən bildirir ki, Kanadanın Quebec şəhərində yaşayan Nicole Gagnon və Gerard Blackburn, keçən həftə axşam yeməyi üçün bibər aldılar.Yemək hazırlamaq üçün mətbəxə girən Nicole Gagnon, bibəri kəsərkən içindəki canlı qurbağanı görəndə şok keçirdi.Cütlük bibərləri xüsusilə seçdiklərini və ən sağlamlarını götürdüklərini, aldıqları zaman bibərdə heç bir çuxur olmadığını və qurbağanın bibərə necə girdiyini başa düşə bilmədiklərini söylədilər.Qurbağanı görən cütlük qurbağanı və bibəri konteynerə qoydu və vəziyyəti Kənd Təsərrüfatı Nazirliyinə bildirdi.

Professor Barry Micallef qurbağanın hələ əmələ gəlmə prossesində güclü yağış səbəbiylə bibərin içinə girə biləcəyini ifadə etdi. Bəzi mütəxəssislər cütlüyün fərq etmədikləri bibərdə kiçik bir dəlik ola biləcəyini söylədi. Mövzuyla əlaqədar araşdırmaların nəticəsi Kanada Qida və Kənd Təsərrüfatı Nazirliyindən gözlənilir .

Milli.Az


Etiketlər:  Yeməyə aldıqları bibərdən çıxan canlı qurbağa şoka saldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ