Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

CR7-dən “Barselona”ya atmaca

CR7-dən “Barselona”ya atmaca

Tarix: 30 Iyul 2019 13:44

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo komandasının hədəfləri barədə açıqlama verib.

Qol.az xəbər verir ki, “Marca” nəşrinə müsahibəsində o bildirib ki, hər il “Yuventus”, “Real” və “Barselona”nın ili sayılmalıdır: “Amma bu titulu – Çempionlar Liqasının kubokunu yalnız bir komanda qazanır”.

Kriştiano bu zaman “Barselona”ya atmaca atıb: “Götürək, “Barselona”nı. Son 5 ildə onlar transferlərə nə qədər pul xərcləyib. Amma ÇL-i uda bilməyiblər.  “Yuventus” yaxşı güclənib. Biz hər dəfə olduğu kimi, qələbə üçün oynayacağıq. Amma burada bir neçə faktor da da var: pley-off-dakı cütlüklər, qrupların tərkibi, oyun forması, zədələr, uğurlar..."

Amma həmişə deyirəm, əgər ÇL-i bu il ida bilməsək, buna 2-3 il sonra nail olacağıq. ÇL-də qalib olmaq üçün “Yuve”nin hər şeyi var”.

 


Etiketlər:  CR7 dən Barselonaya atmaca


RƏYLƏR