Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2021 18:26
UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında Avropa Superliqasına qoşulan klublar müzakirə olunub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda sözügedən layihənin qurucusu ola 12 kluba sanksiya tətbiq edilməməsi qərara alınıb.
Xatırladaq ki, aprelin 19-da İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "Çelsi", "Arsenal", İspaniyanın "Barselona", "Atletiko", "Real", İtaliyanın "Milan", "İnter" və "Yuventus" klubları Superliqa təşkil etdiklərini açıqlamışdı. Ancaq bu lahiyə artıq iflasa uğrayıb və "Real"la "Barselona"dan başqa bütün klublar turnirdən imtina ediblər.