Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2021 21:14
Norveç Mərkəzi Bankı dövlət rəqəmsal valyutasının mümkün işləmə prinsipini öyrənmək üçün müxtəlif texniki imkanların sınaqdan keçirilməsi üçün yeni proqrama başlayır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, mərkəzi bankın test proqramının yaxın iki il ərzində həyata keçirilməsi nəzərdə tutulub.
Bank yeni proqramın vasitəsilə "mərkəzi bankın rəqəmsal valyutası" adlandırılan valyuta növünün yaradılması və istifadəsi imkanlarını öyrənmək istəyir. Nəticədə əldə ediləcək məlumatla rəqəmsal valyuta haqqında növbəti qərarın verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu ilin aprel ayının əvvəlində qonşu İsveçin Mərkəzi Bankı dünyada ilk dəfə dövlət rəqəmsal valyutaya keçmə haqqında ilkin test və tədqiqatlarının nəticələrini açıqlayıb.