Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Murovdağ döyüşlərində böyük şücaət göstərən Şəhid Şirzad Mirzəyev - VİDEO

Murovdağ döyüşlərində böyük şücaət göstərən Şəhid Şirzad Mirzəyev - VİDEO

Tarix: 24 Aprel 2021 17:08

Şəhid Şirzad Mirzəyev Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib
Onun da Vətən müharibəsində əldə olunan parlaq, tarixi qələbədə payı var.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Göygöl rayonu, Qarabulaq kəndində doğulub-böyüyən Şirzad Mirzəyev Qarabağın azadlığı uğrunda canını fəda etdi.

Ötən il müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qatılandan 4 ay sonra Vətən müharibəsi başladı.

Vətən müharibəsində Şirzad düşmənə qan udduran qəhrəmanlarımızdan olub. O, Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.

İndi Şirzad Mirzəyevdən miras qalan müqəddəs şəhid adı doğmaları, bütün el-obası üçün hər zaman qürur verən bir əmanətdir.

Şəhid Şirzad Mirzəyevin torpaqlarımızın azadlığı uğrundakı qəhrəmanlığı yüksək qiymətləndirilib. O, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Sonxeber.net mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Murovdağ döyüşlərində böyük şücaət göstərən Şəhid Şirzad Mirzəyev VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ