Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda tanış olduğu sevgilisi müğənniyə xəyanət etdi

Azərbaycanda tanış olduğu sevgilisi müğənniyə xəyanət etdi

Tarix: 24 Aprel 2021 17:52

"Rammstein" qrupunun solisti, müğənni Svetlana Loboda ilə eşq yaşayan Till Lindemann başqa bir xanımla görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 58 yaşlı musiqiçi Moskvada kafelərdən birində sarışın xanımla saatlarla oturub, səmimi görüntülər nümayiş etdirib. Onların bu halı paparassilərin obyektivinə tuş gəlib.

Hadisə şahidləri onları nbir-birinə romantik münasibət bəslədiyini, Tillin qadınla sevgili olduğunu iddia ediblər. Musiqiçi restoranda ətrafda olan bütün masaları rezerv edib.

Qeyd edək ki, Loboda ilə Till arasında münasibət Bakıda "Jara" festivalında başlamışdı. Sənətçilər mediaya heç vaxt münasibətləri ilə bağlı açıqlama verməyib. Lobodanın Lindemanndan Tilda adlı bir qız övladı dünyaya gəlib.

Milli.Az


Etiketlər:  Azərbaycanda tanış olduğu sevgilisi müğənniyə xəyanət etdi


RƏYLƏR