Tarix: 30 Iyul 2019 16:48
“Qarabağ”ın futbolçusu Mahir Emreli İspaniyada çıxış edə bilər.
Qol.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın AS qəzeti yayıb. Millimizin hücumçusu ilə Sequnda təmsilçiləri – “Malaqa” və “Ekstremadura”nın maraqlandığı bildirilir.
22 yaşlı hücumçunun 2 il əvvəl “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə oyunları (0:0, 1:1) zamanı sözügedən klubların diqqətini cəlb etdiyi qeyd olunub.
Eyni zamanda, Mahirin “Bakı”da çıxış etdiyi zaman “Atletiko”nun düşərgəsində olduğu da xatırlanıb.
Xəbərdə ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri olan Mahirin statistikasından bəhs ollunub və bildirilib ki, gənc hücumçu Sequndada özünü ispan futboluna tanıda bilər.