Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2021 10:20
ABŞ Müdafiə Nazirliyi özünün milyonlarla IP ünvanları üzərində nəzarətini əvvəllər adı heç yerdə hallanmayan "Global Resource Systems" adlı kiçik şirkətə təhvil verib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu, Baydenin rəsmi olaraq öz səlahiyyətlərinin icrasına başlamasından üç dəqiqə öncə baş verib.
Məlumata əsasən, şirkət yanvarın 20-də 56 milyon IP üzrə nəzarəti ələ keçirib. Hazırda isə onların sayı 175 milyona çatıb ki, bu da qlobal şəbəkədəki bütün IP-lərin 6%-ni təşkil edir.