Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bir neçə ay ərzində...'' -Bill Qeytsdən koronavirus proqnozu

''Bir neçə ay ərzində...'' -Bill Qeytsdən koronavirus proqnozu

Tarix: 26 Aprel 2021 16:40

"Microsoft" şirkətinin qurucusu  Bill Qeyts COVİD-19-la bağlı yeni açıqlama verib.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, o yenidən virusun bitmə tarixindən söz açıb. Daha əvvəl də koronavirusla bağlı bir çox açıqlamalar verən B.Qeyts "həyat nə zaman normal vəziyyətə dönəcək?" sualını cavablandırıb.

Onun sözlərinə görə, bu tarixi hadisə 2022-ci ilin sonlarında mümkün ola bilər.

"Peyvəndlər hazırda inkişaf etmiş ölkələrin inhisarındadır. Lakin bir neçə ay ərzində bu ölkələrdə peyvənd miqdarı istənilən səviyyəyə çatacaq", -deyə "Microsoft"un rəhbəri qeyd edib.

B.Qeyts həmçinin bildirib ki, bu mərhələdən sonra inkişaf etmiş ölkələr peyvəndləri dünya ilə paylaşacaq və bu, pandemiyanın gedişinə çox əhəmiyyətli təsir göstərəcək.


Etiketlər:  neçə ərzində Bill Qeytsdən koronavirus proqnozu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ